“Paşinyan hakimiyyəti avtoritarizmə doğru gedir” - Fraksiya rəhbəri

 “Paşinyan hakimiyyəti avtoritarizmə doğru gedir” -  Fraksiya rəhbəri
  11 May 2020    Oxunub:4064
“Parlaq Ermənistan” partiyası mayın 8-də parlamentdə partiya lideri və fraksiya rəhbəri Edmon Marukyanla hakim "Mənim addımım" blokunun deputatı Sasun Mikayelyan arasında baş vermiş dava ilə bağlı bəyanat yayıb.
Azvision.az -ın məlumatına görə, bu hadisəni siyasətçiyə qarşı zorakılığın təzahürü hesab edən partiya bəyan edib ki, baş verənlər nəinki hakimiyyət tərəfindən pislənilib, əksinə davaya haqq qazandırılıb və qanuniləşdirilib.

Bəyanat müəlliflərinin fikrincə, ölkə rəhbərliyinin ritorikasından belə məlum olur ki, təhrikçi yox, zorakılığın qurbanı günahkardır.

“Fakt budur ki, davadan bir neçə saat sonra parlamentdə danışan baş nazir Nikol Paşinyan “Parlaq Ermənstan” fraksiyasından olanları qəsdən təxribat törətməkdə və hakimiyyət təmsilçilərini “özündən çıxarmaq" cəhdində ittiham etdi.

Hadisənin video görüntüləri var və orda təxribat müəlliflərinin kimliyi, müxalifəti "axmaq" və "alçaq" adlandıranların, "başlarını kəsməklə", "boyunlarını sındırmaqla" təhdid edənlərin kimliyi açıq şəkildə göstərilir”, - deyə bəyanatda vurğulanıb.

Qeyd olunub ki, məlum hadisə inqilabi baş nazirin inqilabın dəyərlərini, ideyalarını, prinsiplərini dağıtması, məhv etməsi üçün cəmi iki il vaxt lazım olduğunu sübuta yetirib:

“Paşinyanın çıxışı heç bir fakta söykənmədən, manipulyativ və yalan idi. Belə bir templə hakimiyyət tədricən avtoritarizmə doğru gedir, cəmiyyəti parçalayır və müxtəlif təbəqələrə bölür”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti