Narkotik satan keçmiş məhkum saxlanıldı - FOTO

Narkotik satan keçmiş məhkum saxlanıldı -    FOTO
  11 May 2020    Oxunub:4223
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş 27 yaşlı Mətləb İbrahimov idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.



Burada onun üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsində bir ədəd bıçaqlı beşbarmaq, bir ədəd dəmir tapança, bir ədəd beyzbol taxtası və narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.







Azvision.az


Teqlər: Xaçmaz   Narkotik  





Xəbər lenti