Bakıda yeni yol salınır

Bakıda yeni yol salınır
  08 Yanvar 2014    Oxunub:1101
Paytaxtda avtomobil sıxlığının azaldılması üçün yeni yolun salınması layihəsi hazırlanıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Heydər Əliyev prospektinə paralel olacaq yol başlanğıcını Həsən Əliyev küçəsinin sonundan götürməklə Olimpiya stadionunadək uzanacaq. Yol boyu tunellərin, yol ötürücülərinin, piyada keçidləri və körpülərinin tikintisi nəzərdə tutulub.

Artıq stadionun ətrafında tikintiyə maneə törədəcək obyektlərin söküntüsü başa çatdırılıb. Kommunikasiya xətlərinin (qaz, su, elektrik) köçürülməsi işləri isə davam etdirilir.

Yeni yol istismara verildikdən sonra Heydər Əliyev prospektində avtomobillərin sıxlığı azalmaqla yanaşı, Bakı şəhərinin mərkəzindən Olimpiya stadionuna maneəsiz, tıxacsız, sürətli hərəkətin təmin edilməsinə şərait yaranacaq.


Teqlər:  





Xəbər lenti