Fransada fövqəladə vəziyyət rejimi uzadıldı

Fransada fövqəladə vəziyyət rejimi uzadıldı
  10 May 2020    Oxunub:5151
Fransa parlamenti koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejiminin iyul ayının 10-dək uzadılması barədə qanun layihəsini təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə Fransa parlamenti rəsmi məlumat yayıb.

Layihənin lehinə 252, əleyhinə isə 87 deputat səs verib.

"Birgə paritet komitəsində deputatlar və senatorlar arasında razılıq əldə edildikdən sonra Milli Məclis (parlamentin aşağı palatası) səhiyyə sahəsində fövqəladə vəziyyətin uzadılması barədə qanun layihəsini qəbul edib", - deyə məlumatda bildirilib.

Azvision.az


Teqlər: Fransa  





Xəbər lenti