Yevlaxda 78 yaşlı qadın qarət olunub - FOTO

Yevlaxda 78 yaşlı qadın qarət olunub -    FOTO
  09 May 2020    Oxunub:5897
Yevlax rayon sakini, 1942-ci il təvəllüdlü Z.Məmmədova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 2 naməlum şəxsin ona məxsus evə daxil olaraq 1 000 manat pulunu qarət etdiklərini bildirib.
Bu barədə Azvision.az -a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar polis əməkdaşları tətəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla müəyyən edilib ki, Yevlax rayon sakinləri Elçin Rzayev və əvvəllər məhkum edilmiş Amil Qənbərov yaşlı qadına zor tətbiq edərək evdə olan 1 000 manat pulu götürərək qaçıblar.



Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti