Modul tipli xəstəxanalar səhra hospitallarına çevrilə bilər

Modul tipli xəstəxanalar səhra hospitallarına çevrilə bilər
  09 May 2020    Oxunub:3977
Modul tipli xəstəxanalar pandemiya tam bitdikdən sonra aktuallığını itirə bilər.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinı görə, bu xəstəxanaların üstünlüyü asanlıqla quraşdırılmasıdır.

"Ölkəmiz müharibə şəraitindədir. Koronavirus tam başa çatandan sonra ehtiyac olarsa, modul tipli xəstəxanalar gələcəkdə səhra hospitallarına çevrilə bilər. Bu xəstəxanalarda oksigen təhcizatı 98 faizdir. Xəstəxanaların digər cəhəti əməliyyat üçün istifadəyə imkan verməsidir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Xəstəxana  





Xəbər lenti