Karantinin yumşaldılması ilə bağlı yeni qaydalar hazırlanıb

 Karantinin yumşaldılması ilə bağlı yeni qaydalar hazırlanıb
  09 May 2020    Oxunub:25331
Karantin rejiminin yumşaldılmasının bütün mərhələləri üçün qaydalar hazırlanıb.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, qaydalara əməl etsək nə metroda, nə rayonlardakı kafe və restoranlarda, eləcə də Bakıdakı kafe və restoranlarda yoluxma olar.

“Qaydaların hansı iş saatlarında tətbiq olunması ilə bağlı müzakirələr aparılır. Müvafiq layihələr var. Müzakirələr bu gün də davam edir. Yaxın günlərdə açıqlanacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Covid-19  





Xəbər lenti