Xəstəxanalar əvvəlki iş rejiminə qaytarılacaq

Xəstəxanalar əvvəlki iş rejiminə qaytarılacaq
  09 May 2020    Oxunub:3573
Xüsusi karantin rejimi ilə bağlı tibb məntəqələrində əlilliklə əlaqədar vətəndaşların müraciətinə məhdudliyyətlər tətbiq edilmişdi.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərimə görə, tibb müəssisələrinin əvvəlki vəziyyətdə işləməsinə qayıdılacaq:

"Yaxın günlərdə bu barədə məlumat veriləcək. Tibb müəssisələrinə xəstə qəbulu üçün metodiki göstərişlər verilib. Xəstəxanalarda çalışan tibb işçiləri, heyət onlara təqdim edilən rəhbərliklə ciddi tanış olmalıdır. Bu gün tibb müəssisələrində yoluxma halları az da olsa var. Hər bir tibb işçisi müvafiq qaydaları tam mənimsəməli və ona uyğun addım atılmalıdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Xəstəxana   Koronavirus   Covid-19  





Xəbər lenti