“Təhlillər göstərir ki, ikinci dalğanı yaşayacağıq” - TƏBİB sədri

   “Təhlillər göstərir ki, ikinci dalğanı yaşayacağıq” -    TƏBİB sədri
  09 May 2020    Oxunub:5721
“Azərbaycanda 6-12 aprel tarixlərində koronavirusa yoluxma ilə bağlı pik qrafik müşahidə edilib”.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində elan edilən sərt karantin rejimindən çıxdıqca, ikinci dalğaya doğru artma halları gözlənilir: “Biz ikinci dalğaya əvvəlcədən hazırıq. Aparılan elmi-statistik təhlillər göstərir ki, ikinci dalğanı yaşayacağıq”.

TƏBİB sədri qeyd edib ki, vətəndaşlar qaydalara əməl etməlidir.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti