Həftə sonları sərt karantin rejimi tətbiq oluna bilər

   Həftə sonları sərt karantin rejimi tətbiq oluna bilər
  09 May 2020    Oxunub:8887
"Bayram günləri və həftə sonlarında sərt karantin rejiminin tətbiq edilməsini Operativ Qərargaha təklif edə bilərik"
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

"İnsanların sosial məsafəni qorumasını, maska taxmasını yaxından izləyəcəyik. Səyyar maska satışına başlanılıb. Metrolardakı apteklərdə də maska satılır. İş yerləri açıldıqca, maska qıtlığı yaşana bilər. Evdə parçalardan maskalar hazırlana bilər”, - deyə TƏBİB sədri vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Karantin  





Xəbər lenti