Koronavirusa yoluxanların və ölənlərin yaşları açıqlandı

 Koronavirusa yoluxanların və ölənlərin yaşları açıqlandı
  09 May 2020    Oxunub:5507
Azərbaycanda koronavirus infeksiyasına yoluxanların 22 faizi 50-59 yaş, 18 faizi 30-39 yaş arasındadır.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, qadınlar arasında yoluxma yenə də üstünlük təşkil edir.

“Vəfat edənlərin 43 faizi 60-69 yaş, 14 faizi 70-79 yaş, 14 faizi 80 yaşdan yuxarı olan xəstələrdir. Bundan əlavə, 50-59 yaş arasında 25 faiz xəstə, 40-49 yaş arasında isə bir nəfər vəfat edib”.

Aytən Zəhra
Azvision.az



Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti