Ərdoğan Putinə məktub göndərdi

Ərdoğan Putinə məktub göndərdi
  09 May 2020    Oxunub:4845
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Qələbənin 75 illiyi münasibətilə məktub göndərib.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, məktubda Ərdoğan Putini Qələbənin 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edib.

“Bu ildönümü bütün bəşəriyyətə böyük kədər gətirən, milyonlarla Sovet vətəndaşının həyatını alan II Dünya Müharibəsinin başa çatmasını təcəssüm etdirir. Yubiley bizə bütün dünyada sülhün nə qədər dəyərli olduğunu xatırladır", - deyə Ərdoğan qeyd edib.

O, eyni zamanda bölgədə sülhün bərqərar olması və sabitliyin qorunması üçün iki ölkənin birgə səylərinin vacibliyini vurğulayıb, Rusiya hökuməti və xalqı ilə koronavirusla mübarizədə həmrəy olduğunu bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Putin  





Xəbər lenti