Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib

Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib
  09 May 2020    Oxunub:3763
Mayın 9-da Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Bakı şəhərində keçirilən anım mərasimlərində hərbi qulluqçular Sovet İttifaqı Qəhrəmanlarının xatirəsinə ucaldılmış abidələri və Qardaşlıq məzarlarını ziyarət ediblər.

Tədbirlər digər qarnizon və iri şəhərlərdə də keçirilib.

















Azvision.az


Teqlər: Müharibə   9May  





Xəbər lenti