Bakıda maşından oğurluq edənlər tutuldu

Bakıda maşından oğurluq edənlər tutuldu
  09 May 2020    Oxunub:3959
Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abdullayev saxlanılıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, ətrafında aparılmış tədbirlərlə onun Salyan rayon sakini R.Məmmədovla birgə daha 5 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.

Görülmüş tədbirlərlə R.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Azvision.az


Teqlər: Bakı   Oğurluq   Akkumulyator  





Xəbər lenti