Xaçmaz sakini itkin düşüb

Xaçmaz sakini itkin düşüb
  09 May 2020    Oxunub:3682
Xaçmazda 42 yaşlı rayon sakini itkin düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayonun Çaykənarı kənd sakini, Murad Ziyayev 2019-cu il noyabrın 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Murad Ziyayevin boyu 167 sm, orta bədən quruluşlu, yumru sifətli, gözlərinin rəngi şabalıdıdır. Murad Ziyayev ruhi əsəb xəstəliyindən əziyyət çəkir.

M.Ziyayev barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə (023-325-53-56 şəhər və 051-843-02-02 mobil nömrələrinə) zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azvision.az


Teqlər: DİN   Xaçmaz   Kişi   İtkin  





Xəbər lenti