Müsavatı ifşa edən 5 FAKT

Müsavatı ifşa edən 5 FAKT
  08 Yanvar 2014    Oxunub:1223
“Müsavat Partiyasının Milli Şuradan getməklə bağlı qərarı onunla əsalandırılır ki, Milli Şura prezident seçkisi üçün yaradılmış müvəqqəti seçki bloku olduğu üçün partiya bu qrumdan ayrılır. Bu əsaslandırmanın bəhanə olduğunu bir neçə faktla sübut edə bilərik”.
AzVision.az xəbər verir ki, bu fikirləri AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib.

Partiya rəsmisi Müsavatın Milli Şuradan çıxmasının bəhanə olduğu 5 faktla izah etməyə çalışıb.

1) Əvvəla Milli Şuranın Müsavatın da səs verdiyi heç bir sənədində bu qrumun seçki bloku olduğu göstərilməyib,təsis bəyannaməsində qrumun ölkədə demokratik dəyişikliklərə nail olmaq məqsədi ilə yaradıldığı bildirilir.Bu məqamı Mehman Əliyev bu günkü müsahibəsində də bildirib.Prezident seçkisi bu prosesdə bir mərhələ kimi nəzərdə tutulur.

2) Prezident seçkisi iki aydan artıqdır ki, başa çatıb, ancaq Müsavat partiyası bu günə qədər bir dəfə də olsa Milli Şuranı seçki bloku olduğu üçün tərk edəcəyini səsləndirməyib. Əksinə, İsa Qəmbər 3-4 gün öncə "Yeni Müsavat" qəzetinə verdiyi son müsahibədə qrumun fəaliyyətini gücləndirmək üçün onun idarə olunmasına,rəhbərliyinin formalaşmasına və s. dair 4 təklif verdiyini və bir çoxunun da həyata keçrildiyini bildirib. İsa bəy özü də təsdiq edib ki, onlar Milli Şuraya heç də müvəqqəti seçki üçün yaradılmış blok kimi baxmırlar,əksinə, bu qrumu gücləndirmək,fəaliyyətini davam etdirmək üçün hətta təklif də verirlər. Hətta İsa bəy bir neçə gün öncə Müsavat Məclisində çıxış edən zaman Milli Şuradan ayrılmaq fikrində olmadıqlarını bildirmişdi. Demək, bu halda Milli Şuranı seçki ilə bağlı yaranmış müvəqqəti qrum olduğu üçün tərk etməklə bağlı Divanın qərarındakı bəhanəni İsa bəy 3-4 gün öncəki müsahibəsi və çıxışı ilə təkzib etmiş olur. Məntiqlə Müsavat partiyası əvvəlcədən Milli Şuraya müvəqqəti seçki bloku kimi baxmış olsa idi İsa bəy bu fikirləri söyləməməli idi.

3) Rüstəm bəy Milli Şuranın fəxri sədri olduğu müddətdə Müsavat rəhbərliyi bir dəfə də olsun iki ay ərzində Milli Şuranı müvəqqəti seçki bloku adlandırmayıb. Niyə, çünki o zaman Milli Şuradan ayrılmaq bəhanəsi kimi Rüstəm İbrahimbəyovun fəxri sədrliyi əsas gətrilirdi. Rüstəm bəy istefa verəndən sonra isə ortada başqa əsas qalmadığı üçün, birdən birə Milli Şuranı müvəqqəti seçki bloku adlandırmaq bəhanəsi ortaya atıldı.

4) Yuxarıda qeyd olunanları nəzərə alarq belə nəticəyə gəlmək olar ki, Müsavat partiyası Milli Şuradan ayrılmaq barədə qərarını əsalandırmaq üçün Milli Şuranı prezident seçkiləri üçün yaradılmış müvəqqəti seçki bloku adlandırmaqla həm cəmiyyəti, həm də sıravi müsavatçıları aldadıb. Əvvəlcədən belə bir qərarı var imiş və bundan ötrü sadəcə bəhanə axtarılırmış.

5) Bu aldatmanın arxasında yalnız bu qərarı qəbul etmiş bir qrup şəxsin özəl,korporativ marağı dayana bilər. Əgər belə deyilsə, o zaman nəyə görə Divanın qərarında doğru olmayan, yanlış əsaslandırma yer alıb? Ortada yalan varsa deməli sıravi müsavatçılardan və cəmiyyətdən gizlədilən bir iş,maraq da var. Bax əsas məsələ də bundadır.

AzVision.az


Teqlər:  





Xəbər lenti