Elçin Quliyev Şəmkirdə yeni hərbi hissənin açılışında - VİDEO

Elçin Quliyev Şəmkirdə yeni hərbi hissənin açılışında - VİDEO
  08 Yanvar 2014    Oxunub:2510
Sərhəd Qoşunlarının Şəmkirdə yerləşən hərbi hissəsinin açılışı olub
AzVision.az Türkəl TV-ı istinadən xəbər verir ki, açılışda Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev və Sərhəd Qoşunlarının yüksək rütbəli zabitləri iştirak edib.

Hərbi hissədə yaradılan şəraitlə tanış olan komandan Elçin Quliyev Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Sərhəd Qoşunlarının daha da gücləndirilməsi üçün işlər görüləcəyini bildirib.

Hərbi Hissənin maddi-texniki bazası ən müasir tələblərə cavab verən silah-sursat, hərbi texnika və avadanlıqlarla təmin olunub. Sərhədçilərimizin sərhədçi itləri ilə birlikdə sərhəd pozucusunu müəyyən edib zərərsizləşdirməsi hər kəsin marağına səbəb oldu. Hərbi hissənin əsgərləri nümunəvi keçid nümayiş etdirdilər. Daha sonra Sərhəd Qoşunları Komandanı əsgərlərin yeməkxanası, camaşırxanası, hamam otağı və digər bölmələrdə yaradılan şəraitlə tanış oldu. Hərbi hissədə silah sursat və hərbi texnika ilə yanaşı hərbiçilər və onların ailələri üçün gözəl və müasir şəhərcikdə yaradılıb.

Sonda jurnalistlərə açıqlama verən Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev, yaradılan şəraitin döyüş hazırlığına çox yüksək təsir göstərdiyini vurğulayıb.




Teqlər:  





Xəbər lenti