“Könüllülər ili” ilə əlaqədar onlayn konfrans keçiriləcək

 “Könüllülər ili” ilə əlaqədar onlayn konfrans keçiriləcək
  08 May 2020    Oxunub:3926
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci il "Könüllülər ili" elan edilib. Lakin koronavirus pandemiyası ilə bağlı bir sıra tədbirlərin icrası mümkün olmayıb".
Azvision.az xəbər verir ki, bu barədə deputat Kamal Cəfərov bildirib.

Deputat deyib ki, məhz pandemiya dövründə könüllülərimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, bir sözlə, Azərbaycan könüllüləri pandemiya ilə mübarizənin ön xəttindədirlər.

K.Cəfərov qeyd edib ki, bütün bunları nəzərə alaraq, 2020-ci ildə "Könüllülər ili" və gənclər təşkilatların fəaliyyəti ilə əlaqədar onlayn konfrans keçiriləcək.

"Əsas məqsəd könüllülərimizi və gənclər təşkilatlarını dinləmək, onları narahat edən məsələləri müəyyən etmək və həlli istiqamətində təkliflər hazırlamaqdır. Yekunda müvafiq təkliflərin dəstəklənməsi ilə bağlı bəyannamənin imzalanması gözlənilir.

Onlayn konfrans 9 may tarixində saat 11-də canlı yayım vasitəsilə keçiriləcək. Konfransın auditoriyasını daha da genişləndirmək üçün kütləvi informasiya vasitələrindən və gənclər təşkilatlarında canlı yayımı öz səhifələrindən paylaşılması xahiş edilir",-deyə deputat vurğulayıb.

Qeyd edək ki, onlayn konfrans deputatın səhifəsində canlı yayımlanacaq.

Azvision.az


Teqlər: Konfrans  





Xəbər lenti