Sürücü törətdiyi qəzada öldü

Sürücü törətdiyi qəzada öldü
  08 May 2020    Oxunub:3440
Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini Fəxri Quliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti