Xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək
Azərbaycanın rayonlarında mayın 9-u günün ikinci yarısından 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir 15-20, ayrı-ayrı yerlərdə 23-28 metr/saniyəyədək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.
Azvision.az
Teqlər: Hava Xəbərdarlıq