Energetik içkilərin reklamı ilə bağlı yeni qadağa

Energetik içkilərin reklamı ilə bağlı yeni qadağa
  08 May 2020    Oxunub:2686
Azərbaycanda uşaq verilişləri zamanı energetik içkilərin reklamı qadağan edilir.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Reklam haqqında” qanuna dəyişiklik müzakirə olunub.

Dəyişikliyə əsasən, energetik içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi qadağan olunur.

Dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti