“Şuşanın işğalına hüquqi qiymət verilib” - Əli Hüseynli

   “Şuşanın işğalına hüquqi qiymət verilib” -    Əli Hüseynli
  08 May 2020    Oxunub:3311
“Şuşanın işğalına hüquqi qiymət verilib. O zaman bununla bağlı Ali Məhkəmədə məhkəmə prosesi olub. İşğala hüquqi qiymət verilərkən Şuşanın işğalına şərait yaradılan məsələlərə də qiymət verilib”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclis Sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri bildirib ki, bu gün səslənən fikirlər o zaman hakimiyyətdə olan və hakimiyyətə iddialı olan qüvvələrin mübarizəsi nəticəsində yaranan şərait həm də Şuşanın işğalı üçün bir şərait idi:

”Buna tam hüquqi qiymət verilib və heç bir halda bizim tərəfimizdən başqa cür yozula bilməz. Şuşa Ermənistan tərəfindən işğal olunub. Amma o zaman Azərbaycanda yaranmış siyasi vəziyyətə hər zaman olduğu qiyməti verəcəyik”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər:





Xəbər lenti