“Onların nəsli-nəcabəti, babaları hamısı fərari idi” - Siyavuş Novruzov

 “Onların nəsli-nəcabəti, babaları hamısı fərari idi” -  Siyavuş Novruzov
  08 May 2020    Oxunub:2875
“Azərbaycan II Dünya Müharibəsinə 2 əsas cəhətlə - təchizat və insan qüvvəsi ilə qoşulub”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, 1992-ci ildə AXC-Müsavat hakimiyyətə gələndə bütün bu insanların üstündən xətt çəkdi:

“9 Mayı ləğv etməklə demək olar ki, ərazilərimizin işğalının əsasını qoydu. Bizim qəhrəmancasına vuruşan ata-babalarımızı vətən xaini adlandırmaqla torpaqlarımızın işğal olunmasına şərait yaratdılar. Hər bir adam bilirdi ki, onun ailəsində, nəslində döyüşən insanlar var. Amma onların özlərinin babaları, nəsli-nəcabətinin hamısı fərari idi. Özləri kimi fərarilərin adlarını ortaya çıxara bilmirdilər. O baxımdan da 9 Mayı ləğv edib, vətən xaini adlandırdılar. İstər Əfqanıstan, istərsə də II Dünya müharibəsindən iştirak edənləri. Ulu Öndərin hakimiyyətə gəlməsi ilə bu haqq-ədalətsizlik tamamilə bərpa olundu. Bu gün həmin insanlarımız da bilir ki, vətən o insanların arxasındadır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti