Narkotik alverçiləri tutuldu

Narkotik alverçiləri tutuldu
  08 May 2020    Oxunub:3464
Gəncə ŞBPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunan İ.Hümbətov saxlanılıb.
Daxili İşlrə Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 13,5 qram, yaşadığı evdən isə 930 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa Qazax RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini E.Rəfiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 442 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti