Yanan gəmidən xilas edilən azərbaycanlılar Bakıya gəldi

Yanan gəmidən xilas edilən azərbaycanlılar Bakıya gəldi
  08 May 2020    Oxunub:2414
Aralıq dənizində, Malta sahilində yanan "Bellatrix" gəmisinin 4 azərbaycanlı dənizçisi vətənə qayıdıb.
Azvision.az xəbər verir ki, gəmidə olan Cahangir Əzizli, Məcidəli Kərimov, Kamil Bədəlov və Tələt Cəbrayılov artıq Bakıdadırlar.

Xatırladaq ki, aprelin 8-də yanğın baş vermiş “Bellatrix” gəmisində Gürcüstan dənizçilərinin iştirakı ilə xilasetmə əməliyyatı keçirilib. Yanan gəminin heyət üzvlərini Panama bayrağı altında üzən və altı gürcüstanlı dənizçinin çalışdığı “ARIFE” yük gəmisi ilə xilas etmək mümkün olub.

Azvision.az


Teqlər: Gəmi   Yanğın   Azərbaycanlı  





Xəbər lenti