Güclü yağış Xaçmazda fəsadlar törədib

Güclü yağış Xaçmazda fəsadlar törədib
  08 May 2020    Oxunub:3226
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə yağan yağışlar nəticəsində Xaçmaz şəhərinin bəzi ərazilərinin (evlərin zirzəmiləri, həyətyanı sahələr, küçələr) yağış suları ilə dolması barədə məlumat daxil olub.
FHN-dən Azvision.az -a verilən məlumata görə, yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Şimal Regional Mərkəzindən 11 nəfərdən ibarət canlı qüvvə, 4 motopompa və 2 texnika cəlb edilib.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti