Suriyada parlament seçkiləri təxirə salındı

Suriyada parlament seçkiləri təxirə salındı
  07 May 2020    Oxunub:2813
Suriyada parlament seçkiləri Prezident Bəşər Əsədin fərmanı ilə təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə Suriya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Suriya hakimiyyəti tərəfindən koronavirusun yayılmasına qarşı görülən qabaqlayıcı tədbirlər çərçivəsində Prezident Bəşər Əsəd parlament seçkilərinin 20 may tarixindən 19 iyul tarixinə təxirə salınması haqqında fərman verib.

Əvvəlcə seçkilər aprelin 13-nə təyin edilmişdi, lakin koronavirus təhlükəsi səbəbindən mayın 20-nə keçirilmişdi.

Son məlumata görə, Suriyada 45 koronavirus infeksiyasına yoluxma qeydə alınıb, 3 nəfər ölüb, 27 nəfər sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti