Mayın 9-da “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcək

Mayın 9-da “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcək
  07 May 2020    Oxunub:2323
9 may - Qələbə Günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.
Azvision.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 10 may tarixindən etibarən isə vətəndaşlar "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla mərkəzlərə müraciət edə və müvafiq xidmətlərdən yararlana bilərlər.

“ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Hazırda 18 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir və Tovuzdadır.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Azvision.az


Teqlər: ASAN-xdimət  





Xəbər lenti