Masallı sakinindən 2 kq-dan artıq narkotik götürülüb

Masallı sakinindən 2 kq-dan artıq narkotik götürülüb
  07 May 2020    Oxunub:2292
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kiloqramdan artıq nakotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a bildirilib ki, Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəmşir Məmmədov saxlanılıb.

Keçirilən şəxsi axtarış zamanı onun üzərindən 27 qram narkotik vasitə tiryək aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Məmmədovun yaşadığı evə baxış keçirilərkən oradan 2 kiloqram 170 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az


Teqlər: Masallı   Narkotik  





Xəbər lenti