Məmmədyarov həmkarı ilə telefonla danışdı

Məmmədyarov həmkarı ilə telefonla danışdı
  06 May 2020    Oxunub:2394
Xarici İşlər naziri Elmar Məmmədyarovun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyanla telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azvision.az -a verilən məlumata görə, nazirlər hazırkı qlobal vəziyyətə toxunaraq, ümumdünya sağlamlıq böhranı ilə mübarizə çərçivəsində iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi apardılar və bu xüsusda, qarşılıqlı dəstək və həmrəyliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər ikitərəfli münasibətlərin daha da inkişafı perspektivləri, o cümlədən ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan konkret məsələlərin həyata keçirilməsini müzakirə ediblər. Pandemiyadan sonra qarşılıqlı turizm xidmətlərinin canlandırılması məsələsi qeyd olunub.

Həmçinin telefon danışığı zamanı Azərbaycan və BƏƏ arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs edilib və bu istiqamətdə birgə səylərin artırılmasına dair razılıq ifadə edilib.

Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti