Qazaxıstan sərhədçilərinin öldürdüyü azərbaycanlının meyiti ailəsinə verildi

 Qazaxıstan sərhədçilərinin öldürdüyü azərbaycanlının meyiti ailəsinə verildi
  06 May 2020    Oxunub:3031
Qazaxıstan sahil mühafizəçilərinin açdığı atəş nəticəsində öldürülən Azərbaycan vətəndaşının meyiti ailəsinə təhvil verilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Azvision.az-a verilən məlumata görə, mayın 6-da Xəzər dənizinin mərkəzi istiqamə­tində DSX-nin Sahil Mühafizəsinin sərhəd gö­zətçi gəmisi tərəfindən 30 aprel 2020-ci il tarixdə Qazaxıstan Respublikasının Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin əməkdaş­ları tərəfindən Xəzər dənizində 4 nəfər Azərbaycan Respublikası vətəndaşının saxlanılması zamanı silahın tətbiqi nəticəsində həyatını itirmiş Neftçala rayonu sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi qəbul edil­ib.

Meyit həmin gün ailəsinə təhvil verilib.

Azvision.az


Teqlər: DSX  





Xəbər lenti