Xəbərdarlıq: Hava şəraiti pisləşəcək, qar yağacaq
Mayın 6-da Azərbaycanın qərb rayonlarından başlayaraq 8-dək əksər rayonlarda havanın dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında isə güclü olacağı gözlənilir.
Şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi mayın 7-də bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu mayın 7-də ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.
Azvision.az