Cinayət törədən 29 nəfər həbs olundu

Cinayət törədən 29 nəfər həbs olundu
  05 May 2020    Oxunub:2919
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 39 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılmışdır.

Azvision.az


Teqlər:





Xəbər lenti