Ukraynada COVİD-19-dan ölənlərin sayı 316-ya çatdı

Ukraynada COVİD-19-dan ölənlərin sayı 316-ya çatdı
  05 May 2020    Oxunub:2409
Ukraynada son sutkada koronavirusa yoluxanların sayı 366 nəfər artaraq 12 697-ə yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov bildirib.

Onun sözlərinə görə, epidemiyaya yoluxmadan daha 13 nəfər ölüb, ümumilikdə qurbanların sayı 316 nəfərdir. İndiyədək xəstəlikdən 1875 nəfər sağalıb.

“Gün ərzində qeydə alınmış 366 nəfərin 26-sı uşaq, 92-si isə tibb işçisidir. Vəfat edənlərin əksəriyyətində yoluxucu xəstəliklər olub. Eyni zamanda 256 nəfər sağalıb. Ümumilikdə, Ukraynadakı pandemiya zamanı 12 697 nəfər yoluxub, onlardan 881-i uşaq, 2479-u səhiyyə işçisi idi”, - Stepanov brifinqdə deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti