Taksi fəaliyyəti ilə bağlı hökumətə təkliflər veriləcək

  Taksi fəaliyyəti ilə bağlı hökumətə təkliflər veriləcək
  04 May 2020    Oxunub:3738
Bakı şəhərində qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan şəxslərin inzibati məsuliyyətə cəlb olunması mexanizmi hələlik dəqiq deyil. Bu sahədə qanunvericiliyə dəyişiklik hazırlanır.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, inzibati məsuliyyətə cəlb olunma dəqiq bilinməlidir.

“Məsələn, Türkiyədə icazəsiz taksi fəaliyyətinə görə cərimə 5000-6000 TL-dir. Çalışacağıq ki, qısa zamanda hökumətə təkliflər göndərək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA  





Xəbər lenti