Bir ayda 2911 sürücüyə fərqlənmə nişanı verildi

 Bir ayda 2911 sürücüyə fərqlənmə nişanı verildi
  04 May 2020    Oxunub:3552
Aprel ayında Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmaq üçün 3312 şəxs müraciət edib.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müraciət edən şəxslərdən 2911-nə fərqlənmə nişanı verilib.

“Digərlərinə fərqlənmə nişanı təqdim edilməyib. Onların sənədləri qaydasına olmadığına görə və nəqliyyat vasitələri texniki cəhətdən nasaz olduğu üçün fərqlənmə nişanı verilməyib”.

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA   Taksi   Sürücü  





Xəbər lenti