Bakıda ekspres taksi sistemi tətbiq ediləcək

 Bakıda ekspres taksi sistemi tətbiq ediləcək
  04 May 2020    Oxunub:4394
“Bakıda qəsəbədaxili və qəsəbə ətrafı avtobus şəbəkəsinin kasadlığı müşahidə edilir. Bakı Nəqliyyat Agentliyi olaraq xətlərin yenilənməsi və yeni avtobusların xəttə buraxılması istiqamətində silsilə tədbirlər keçiririk”.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Bakının mərkəzi və şəhəri bir-birinə bağlayan qəsəbələrin marşrut problemi həll edildikdən sonra qəsəblərarası və daxili marşrut xətləri üzrə işlər görüləcək.

“Ekspress xətlərin qalması analiz olunacaq. İctimai nəqliyyat- metro və avtobus bir-birini tamamlamalıdır. Pandemiya dövründə 1 manatlıq taksilərin fəaliyyətini analiz etmişik ki, növbəti dövrdə xüsusi ekspress marşrut taksi sisteminin tətbiq edilməsi planlaşdırılır. Məsələn, "Həzi Aslanov" - "Koroğlu" və ya "Koroğlu" -"20 Yanvar" metrostansiyaları istiqamətində ekspress xətlər buraxılacaq”.

V.Kərimli bildirib ki, ekspress xətlər üzrə marşrut taksilər pik saatlarda fəaliyyət göstərə bilər.
“Pik saatlarda Lökbatan qəsəbəsindən Bakının mərkəzinə doğru ciddi tələbat var. Buna sərnişin sıxlığına əsasən baxılacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA   Avrobus  





Xəbər lenti