BNA: 48 mindən çox sürücü qaydanı pozub

  BNA:  48 mindən çox sürücü qaydanı pozub
  04 May 2020    Oxunub:4740
Ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi dövründə qanunsuz dayanma və durma hallarına görə 48 295 nəqliyyat vasitəsinin cərimələnməsi qeydə alınıb, lakin qərarları verilməyib.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, 1 may tarixindən cərimə prosedurunun başlanmasına səbəb nəqliyyat vasitələrinin xaotik dayanması və nəticədə sıxlığın yaranmasıdır.

“Nəticədə məcburi halda cərimələri bərpa etməliydik. Bunun konkret zonalar üzrə tətbiqinə başlanılacaq. Nəqliyyat sıxlığı olmayan yerlərdə cərimələrin tətbiqi yersizdir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: BNA   Cərimə  





Xəbər lenti