Polis narkoitk alverçilərini saxladı

Polis narkoitk alverçilərini saxladı
  04 May 2020    Oxunub:3005
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Xırdalan şəhər sakini Q.Tağıyevanın yaşadığı evdən 680 qram heroin, onunla birgə olan Sumqayıt şəhər sakini E.Sultanovdan isə metamfetamin aşkar edilərək götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən V.Tağıyev isə Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın və Əmircan qəsəbəsindəki evindən isə 571 qram marixuana aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti