“Elə bilirlər ki, tutduqları vəzifə çirkin işlərinin üstünü örtəcək” - YAP-çı deputat

“Elə bilirlər ki, tutduqları vəzifə çirkin işlərinin üstünü örtəcək” -  YAP-çı deputat
  04 May 2020    Oxunub:4593
"Təəssüf ki, vəzifədə olan bəzi şəxslər korrupsiya uğrayır, rüşvətə meyillənir. Onlar insanların probleminə qarşı biganəlik edir, haqlarını tapdalayırlar. Azərbaycan dövlətinin, ölkə başçısının apardığı siyasət həmin şəxslərin cəmiyyətimizdən tamamilə silinməsinə yönəlib.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputatın sözlərinə görə, kimlərsə onlara göstərilən etimaddan sui-istifadə etməyə, əl altından çirkin işlər görməyə çalışırlar.

“Hesab edirlər ki, bunu kimsə bilməz. Onlara elə gəlir ki, dövlətin korrupsiyaya qarşı apardığı mübarizədə bunlar gözə görünməyəcək və ya tutduqları vəzifə çirkin işlərinin üstünü örtəcək. Ancaq qanun qarşısında hamı bərabərdir. Dörd rayonun icra başçısının tutulması göstərir ki, Prezident İlham Əliyev üçün kimin hansı vəzifədə oturmasının elə bir əhəmiyyəti yoxdur, hamı qanuna riayət etməlidir”.

Deputat bildirib ki, korrupsiya, çirkin fəaliyyətə qarşı mübarizə hərtərəfli aparılır və bundan sonra da davam etdiriləcək.

“Korrupsiyaya qarşı aparılan tədbirlər cəmiyyət tərəfindən dəstəklənir. Cəmiyyət bu siyasi xəttin davam etdirilməsini istəyir. Əlbəttə, proses davam etdiriləcək. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, belə hadisələr hər kəs üçün xəbərdarlıq olmalıdır, bundan nəticə çıxarılmalıdır. Kimsə tələblərə cavab verə bilmirsə, könüllü şəkildə vəzifədən getməlidir. Heç kim ölkə başçısının etimadından sui-istifadəyə cəsarət etməsin”.

A.Mirzəzadə hesab edir ki, sön dövrlər korrupsiya qarşı mübarizənin daim ön xəttə çıxarılması Azərbaycan dövlətinin qətiyyətini, iradəsini göstərir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Deputat   Aydın-Mirzəzadə  





Xəbər lenti