Abşeronda avtomobil qaçıran qardaşlar tutuldu

Abşeronda avtomobil qaçıran qardaşlar tutuldu
  04 May 2020    Oxunub:3134
Abşeron Rayon Polis Şöbəsinə Sumqayıt şəhər sakini İ.İbişlinin “QAZ-3110” markalı avtomobilinin mayın 2-i saat 22 radələrində Saray qəsəbəsi ərazisindən qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 23 radələrində qəsəbə ərazisində elektrik dirəyinə vurulmuş vəziyyətdə tapılıb, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - qəsəbə sakinləri V.Ağalı və yeniyetmə qardaşı saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti