Bakıda mağazadan 4 minlik oğurluq edildi

Bakıda mağazadan 4 minlik oğurluq edildi
  04 May 2020    Oxunub:3795
Bakıda mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-nə keçən gecə rayon ərazisindəki mağazaların birindən 4220 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən, əvvəllər həmin mağazada satıcı işləmiş paytaxt sakini H.Əliyev saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti