Xəzərin sahilində keçirilmiş növbəti monitorinqin nəticələri
Onun sözlərinə görə, eyni zamanda Kürdəxanı və Zığ qəsəbələrindən dənizə tullantı sularının axıdılması ilə bağlı Nazirliyə daxil olan şikayətlər də araşdırılıb.
"Kürdəxanı və Zığ qəsəbəsindəki axarlardan götürülmüş su nümunələrinin təhlili bu ərazilərdə çirklənmə səviyyəsinin normadan artıq olduğunu göstərib. Ümumilikdə aparılan monitorinqlərin nəticəsində məlum olub ki, bəzi ərazilərdə dəniz suyunun çirklənmə səviyyəsində cüzi azalma müşahidə edilib ki, bu da karantin dövründə ictimai-iaşə obyektlərinin işləməməsi ilə əlaqədardır”.
İdarə rəisi qeyd edib ki, lakin hələ də bəzi yerlərdə dəniz suyunda çirklənmə göstəriciləri normadan artıqdır. Buna səbəb isə ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması və yaşayış massivlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasıdır.
“Belə halların çimərlik mövsümünədək aradan qaldırılması üçün çirkləndiricilərə tərəfimizdən müvafiq tapşırıqlar verilib, xəbərdarlıq-bildiriş məktubları göndərilib".
Azvision.az
Teqlər: Xəzər Monitorinq