Əfqanıstanda növbəti terror aktı - 18 hərbçi öldü

Əfqanıstanda növbəti terror aktı -  18 hərbçi öldü
  04 May 2020    Oxunub:3257
Əfqanıstanda növbəti terror aktı tördəilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Helmend əyalətində baş verib.

Belə ki, Əfqanıstan Milli Ordusu və Milli Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqəsinin qarşısında avtomobil partladılıb. Nəticədə 18 hərbçi ölüb.

Partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Əfqanıstan   Terror  





Xəbər lenti