Keçmiş məhkum avtobusla piyadanı vurub öldürdü

Keçmiş məhkum avtobusla piyadanı vurub öldürdü
  04 May 2020    Oxunub:2496
Bakıda sərnişin avtobusu ölümlə nəticələnən qəza törədib.
Azvision.az xəbər verir ki, hadisə mayın 1-də Xəzər rayonu, Şağan qəsəbəsində baş verib.

Əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü İ.Quliyev idarə etdiyi “İkarus” markalı avtobusla yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Səbirə Bağırovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Araşdırma zamanı məlum olub ki, İ.Quliyev sərxoş halda iritutumlu avtobusu sürücülük vəsiqəsi olmadan idarə edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: Avtobus   Piyada   Qadın  





Xəbər lenti