Bakıda bu yollar bağlandı - Sürücülərin nəzərinə!

Bakıda bu yollar bağlandı -    Sürücülərin nəzərinə!
  04 May 2020    Oxunub:3546
Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 4 və 5 may tarixlərində Moskva prospektindən, həmçinin Bakı Dairəvi-1 avtomobil yolundan “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azvision.az -a verilən məlumata görə, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Biləcəri enişindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Təmir-tikinti işləri Müzəffər Həsənov küçəsinin "20 Yanvar dairəsi"ndən Mirzə Abbas Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində də aparılır. Bu səbəbdən təmir işləri bitənədək küçənin sözügedən hissəsi ilə də hərəkət məhdudlaşdırılıb.

Azvision.az


Teqlər:





Xəbər lenti