Masazır və Yasamalda ev yandı

Masazır və Yasamalda ev yandı
  04 May 2020    Oxunub:2575
Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 220 m² olan ikimərtəbəli evin zirzəmisində ev əşyaları 10 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, ev yanğından mühafizə olunub.

Bundan başqa, Bakı şəhərinin Yasamal rayonunda ikimərtəbəli taxta konstruksiyalardan ibarət kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 106 m² olan üçotaqlı mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar 95 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti