İmişlidə yük maşınları toqquşdu, ölən var

  04 May 2020    Oxunub : 2299
 İmişlidə yük maşınları toqquşdu,  ölən var
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, İmişli rayonunda “КамАЗ” və "ГАЗел" markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "ГАЗел" markalı yük avtomobilinin sürücü 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Qəza