Tacikistanda 128 nəfər koronavirusa yoluxub

Tacikistanda 128 nəfər koronavirusa yoluxub
  03 May 2020    Oxunub:2767
Tacikistanda koronavirusa yoluxanların sayı 128 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son sutkada yoluxma sayı daha 52 nəfər artıb.

Məlumata görə, mayın 2-si axşam saatlarında Tacikistan xəstəxanalarında 2782 nəfər koronavirus əlamətləri ilə tibbi nəzarət altına alınıb, 217 nəfər gün ərzində müayinədən sonra evə buraxılıb.

Düşənbə meri Rüstəm Emoməli şəhərdəki mövcud ehtiyatlar hesabına koronavirus xəstələri üçün ən qısa müddətdə 3 mindən çox yataq yeri olan müvəqqəti xəstəxananın inşa edilməsi ilə bağlı göstəriş verib.

Qeyd edək ki, ötən gün Tacikistanda koronavirusdan ilk ölüm halı baş verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti