Koreya rəsmisi: “Kim Çen In əməliyyat olunmayıb”

  03 May 2020    Oxunub : 2259
 Koreya rəsmisi:  “Kim Çen In əməliyyat olunmayıb”
Şimali Koreya lideri Kim Çen In cərrahi əməliyyat olunmayıb.
Azvision.az xəbər veeir ki, bu barədə Cənubi Koreya prezident adminstrasiyasının rəsmisi yerli "Yonhap" agentliyinə bildirib.

“Cənubi Koreyanın qiymətləndirməsi belədir ki, Şimali Koreya lideri əməliyyat keçirməyib. Onun yerişində bəzi fərqlərə görə bir əməliyyat keçirdiyinə dair spekulyativ məlumatlar var.

Kim Çen Inın əməliyyat edilmədiyinə əmin olmaq üçün bizim səbəblərimiz var, ancaq bu cür detalları açıqlaya bilmərik”, - deyə adının açıqlanmadığı rəsmi əlavə edib.

Xatırladaq ki, Şimali Koreya liderinin aprelin 11-dən ictimaiyyət arasında görünməməsi onun əməliyyatdan sonra komaya düşməsi, hətta ölməsi kimi şayiələrin yayılmasına səbəb olub. Dünən isə Kim Çen In gübrə zavodunun açılışını edib. Bununla da onun sağ olduğu ortaya çıxıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: KXDR   Koreya   Kim-Çen-In